Fevral ayında “Neftçi”yə transfer olunan və ötən ay klubdan ayrılan Keysuke Honda 2020/21 mövsümündə Avropanın yüksək liqalarından kənarda oynayan ən yaxşı yaponiyalı futbolçular sırasında yer alıb.
Qol.az xəbər verir ki, Yaponiya mətbuatının apardığı araşdırmada 35 yaşlı yarımmüdafiəçi 61 yaponiyalı oyunçunun yer aldığı siyahıda 9 ən yaxşı futbolçudan biri olmağı bacarıb. Hondanın qiymətləndirilməsində onun “Neftçi”yə transferindən əvvəl klubun Premyer Liqanın turnir cədvəlində 2-ci yerdə qərarlaşması, keçiddən sonra mövsümü çempion kimi başa vurmasının əhəmiyyəti böyük olub. Oyunçu Premyer Liqada 7 matçda meydana çıxıb. O, bunlardan 6-da oyuna start heyətdə başlayıb. Həmçinin Honda paytaxt klubunda 2 qola imza atıb.
Ən yaxşı “9-luq”da Honda ilə yanaşı, Şinji Kaqava (PAOK - Yunanıstan), Toiçi Suzuki (“Lozanna”), Yamato Vakatsuki (“Syon”), Nikki Havenaar (“Tyun” – hər üçü İsveçrə), Kosuke Kinoşita (“Stabek” - Norveç), Atomu Tanaka (HİK - Finlandiya), Taiçi Hara (“İstra” - Xorvatiya) və Takuma Asano (“Partizan” - Serbiya) da yer alıb.
Qeyd edək ki, Hondanın “Neftçi” ilə başa çatan müqaviləsi yenilənmədiyi üçün o, klubdan ayrılıb.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi
İtaliya klubu itlə müqavilə bağladı - Şəkil