18 yaşlı gürcü futbolçu Rusiya Premyer Liqasında

18 yaşlı gürcü futbolçu Rusiya Premyer Liqasında
DÜNYA FUTBOLU 30 İyun 2021 / 18:26 2773
-  A +

"Neftçi"nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi Tbilisi "Dinamo"sunun futbolçusu Luka Qaqnidze Moskva "Dinamo"suna transfer olunub.

Qol.az xəbər verir ki, bu barədə Rusiyanın championat.com saytı məlumat yayıb. 18 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb. Ancaq Moskva təmsilçisinin gürcü oyunçunu növbəti qışa qədər Gürcüstan klubuna icarəyə vermək niyyətində olduğu bildirilib.

Qeyd edək ki, Qaqnidze 2020/2021 mövsümündə Gürcüstan çempionatında meydana çıxdığı 14 matçda 1 qol vurub, 3 qolun ötürməsini verib.


Son xəbərlər