Sebastyan Kelə yeni vəzifə verildi

Sebastyan Kelə yeni vəzifə verildi
XƏBƏR 30 İyun 2021 / 17:00 1135
-  A +

Almaniyanın “Borussiya” klubunun idman direktoru Mixael Çork 2022-ci ilin yayında vəzifəsindən ayrılacaq.

Qol.az xəbər verir ki, bu barədə Dortmund təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Bu vəzifəni hazırda klubda çalışan Sebastyan Kel tutacaq. Artıq tərəflər arasında razılıq əldə edilib.

Kel 2018-ci ildən “Borussiya”da idman şöbələrinin birində işləyir. O, futbolçu kimi 2002-2015-ci illər aralığında Dortmund klubunda çıxış edib.

Qeyd edək ki, Mixael Çork 1998-ci ildən “Borussiya”da işləyir.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner