Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi

Azərbaycanlı futbolçu Rusiyada klubunu dəyişdi
XƏBƏR 30 İyun 2021 / 14:14 2200
-  A +

Azərbaycanlı futbolçu Azər Əliyev Rusiyada klubunu dəyişib.

Qol.az xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçi azad agent kimi “Ufa”ya keçib. Bu barədə Premyer Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Əliyevlə 2022-ci ilin yayına qədər müqavilə imzalanıb.

Qeyd edək ki, Azər Əliyev 2018-ci ilin avqustundan 2021-ci ilin fevralına qədər də “Ufa”da çıxış edib. Yarımmüdafiəçi bu ilin fevralında “Tambov”la mövsümün sonuna qədər müqavilə imzalamışdı.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner