“Qarabağ”ın rəqibi yeni hücumçu transfer etdi

“Qarabağ”ın rəqibi yeni hücumçu transfer etdi
XƏBƏR 30 İyun 2021 / 13:19 2112
-  A +

“Qarabağ”ın UEFA Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki rəqibi “Aşdod” heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az İsrail klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, “Makkabi”dən (Hayfa) ayrılan hücumçu Qay Dahan heyətə cəlb edilib. Onunla imzalanan müqavilənin detalları açıqlanmayıb.
 
Dahan ötən mövsüm icarə əsasında “Hapoel”də (Afula) çıxış edib. İsrailli hücumçu bu komanda ilə 40 oyunda 11 qol vurub, 4 məhsuldar ötürmə edib.
 
Qeyd edək ki, “Qarabağ” “Aşdod”la ilk oyunu iyulun 22-də Bakıda keçirəcək. Komandalar arasındakı cavab matçı iyulun 29-da İsraildə olacaq.


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner