Feliks 2 ay meydandan kənarda

Feliks 2 ay meydandan kənarda
XƏBƏR 28 İyun 2021 / 22:25 1911
-  A +

Portuqaliya millisinin və "Atletiko"nun futbolçusu Joao Feliks əməliyyat olunacaq.

Qol.az xəbər verir ki, bu barədə goal.com saytı məlumat yayıb. Topuq nahiyəsindən əməliyyat olunacaq 21 yaşlı hücumçu 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Qeyd edək ki, Portuqaliya yığması ötən gün Belçikaya uduzmaqla Avro-2020-də mübarizəni dayandırıb. Feliks isə 2019-cu ildən millinin üzvüdür.

Son xəbərlər
26.07.26  21:24

Dzeko qalır

25.07.26  13:24

PSJ-dən "Atletiko"ya

topaz banner