Millimizin üzvü Ukrayna klubu ilə vidalaşdı

Millimizin üzvü Ukrayna klubu ilə vidalaşdı
XƏBƏR 27 İyun 2021 / 15:40 2485
-  A +

"Minay”dan ayrılan millimizin üzvü Anatoli Nuriyev klubu ilə vidalaşıb.

Qol.az xəbər verir ki, Feysbuk səhifəsində paylaşım edən 25 yaşlı yarımmüdafiəçi Ukrayna təmsilçisinə təşəkkürünü bildirib:

"Mükəmməl və emosional üç il oldu. Klub prezidentinə, məşqçilərə, birlikdə oynadığım bütün futbolçulara, xüsusilə də, azarkeşlərə - hər kəsə təşəkkür edirəm. Sizsiz futbol maraqlı olmazdı. Mənə və komandamıza inanan hər kəsə minnətdaram. "Minay” ailəsinin bir üzvü olduğum üçün sevincliyəm”.

Qeyd edək ki, 2018-ci ildən "Minay"da çıxış edən Nuriyev komandanın kapitanı idi. "Minay" 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq Premyer Liqanı tərk edib.

 


Son xəbərlər
06.04.26  19:32

Olmadı, Əliyar!

topaz banner