PSJ bu transferi tamamladı

PSJ bu transferi tamamladı
DÜNYA FUTBOLU 27 İyun 2021 / 15:17 2654
-  A +

PSJ "İnter"in müdafiəçisi Əşrəf Hakiminin transferini tamamlayıb.

Qol.az "LEquipe"ə istinadən xəbər verir ki, Paris təmsilçisi bu keçid üçün 60+10 milyon avro təzminat ödəyəcək. Mərakeşli futbolçunun illik maaşı isə 8 milyon avro olacaq.

Hakimi ilə 2026-ci ilin iyunun 30-dək müqavilə imzalandığı bildirilib. Transferin bugünlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, 22 yaşlı oyunçu ötən il "Real"dan "İnter"ə 45 milyon avroya keçmişdi.

Daha çox


Qarabağ FK
Son xəbərlər
topaz banner