"Neftçi”nin sloveniyalı sabiq futbolçusu Tomislav Mişura təlim-məşq toplanışında olan komandanı vətənində ziyarət edib.
Qol.az xəbər verir ki, 2005-ci ildə “ağ-qaralar”la Azərbaycan çempionu olmuş hücumçu “Neftçi TV”yə müsahibə verib:
"Bura gələndə yolda uşaq kimi sevinirdim. Çünki uzun illər əvvəl “Neftçi”də oynamışam. Bura gələndən sonra meydanı və futbolçuları görüb özümü elə hiss edirdim ki, sanki bu dəqiqə isinmə hərəkətlərini yerinə yetirib onlarla məşqə çıxacağam. İnanılmaz hisslərdir... Hələ də futbol sahəsindəyəm. Bundan əlavə, yaxtaların daxili dizaynı ilə məşğul olan şirkətdə çalışıram. Bu, sevdiyim və mənə doğma olan ikinci sahədir. Çünki orada taxta, daş və dənizdən zövq alıram".
O, “Neftçi” ilə çempionluqlarını yaxşı xatırladığını bildirib: "Çox gözəl hisslər idi. Bunu unutmaq mümkün deyil. Bütün azarkeşlər mənə tərəf qaçır, qucaqlayır, öpürdülər. “Neftçi” bu dəfə çempion olanda da eyni hissləri yaşadım. Sanki mən də həmin komandada oynayırdım. Çempionluğun futbolçular, ümumiyyətlə bütün heyət üçün necə əhəmiyyət kəsb etdiyini bilirəm".
T.Mişura şəxsi problemlərimə görə 2006-cı ildə klubu tərk etdiyini vurğulayıb: "O zaman dayım vəfat etmişdi deyə, nənəm özünü çox pis hiss edirdi, səhhəti yaxşı deyildi. Evə getmək, ailəmlə daha çox vaxt keçirmək istəyirdim. Buna görə də klubu tərk etməli oldum. “Neftçi”də gözəl vaxt keçirmişdim. Düşünürəm ki, bu problemlər olmasaydı, klubda qalacaqdım".
"Neftçi"nin sabiq oyunçusu Bakı təmsilçisinin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində qarşılaşacağı Tbilisi “Dinamo”su haqda da danışıb: "Məncə, “Neftçi”nin yaxşı şansı var. Düzdür, eşitdiyimə görə “Dinamo”nun çempionat matçları hələ də davam edir. “Neftçi” isə oyunlara indi başlayır. Bununla belə, ümid edirəm ki, qazanan tərəf “Neftçi” olacaq”.
“Neftçi” azarkeşlərinə onu deyə bilərəm ki, onları unutmamışam. Xahiş edirəm, hər zaman komandaya dəstək olsunlar ki, kollektiv hər zaman yüksəkliklərdə olsun”.
Modriç əməliyyat olundu
“Qarabağ” 700-ə çatdı
“Qarabağ”da 200-cü oyun
Premyer Liqada 60-cı qol
Son 15 mövsümün rekordu
"Hücum xəttini dəyişmək çətindir, ciddi rəqabət var"
Dilanovun dublu, "Ağdaş"ın 5 qollu qələbəsi - Video
"Qırmızı vərəqə planlarımızı pozdu" - Fizuli Məmmədov
Tovuzda vurulan 2 qol - Video
Matçın əlavə vaxtında 3 qol vurdular
"Sabah"dan qələbə, "Turan Tovuz" - "Zirə" matçında heç-heçə
"Gənc oyunçu şansı özü qazanmalıdır" - Kurban Berdiyev
"Barselona" Reşfordla razılaşıb
"Fənərbaxça"nın qapıçısı VAR ekranına zərbə endirdi - Video
Modriç mövsümü başa vurdu
"Sabah" - "Karvan-Yevlax": Heyətlər
"Araz Saatlı" "Göygöl"ə, "Ağdaş" "Şəki Siti"yə qalib gəldi
“Neftçi” - “Qarabağ” matçının biletləri satışa çıxarıldı
Rəqibə yumruq atdı, meydandan qovuldu - Video
Azərbaycan millisi Qazaxıstan yığmasına qalib gəldi
Kurtua "El-Klassiko"da oynayacaq?
Tovuzda heyətlər açıqlandı
AFFA hakimlər üçün sessiya təşkil etdi
Mbappenin durumu açıqlandı
Sonuncu dəfə “Qarabağ”a 5 il əvvəl qalib gəliblər
AFFA-nın stadionu yenilənir - Şəkillər
Jinyak 11 ildən sonra klubunu tərk etdi