Çakır Xorvatiya - İspaniya matçını idarə edəcək

Çakır Xorvatiya - İspaniya matçını idarə edəcək
XƏBƏR 26 İyun 2021 / 15:58 1933
-  A +

Türkiyəli FİFA referisi Cüneyt Çakır Avro-2020-nin daha 1 oyununa təyinat alıb.

Qol.az xəbər verir ki, o, Xorvatiya - İspaniya matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 28-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

Son xəbərlər
topaz banner