"Zirə" Ruslan Abışovu transfer etdi

"Zirə" Ruslan Abışovu transfer etdi
XƏBƏR 26 İyun 2021 / 13:23 2268
-  A +

"Zirə" heyətinə yeni futbolçu qatıb.

Qol.az paytaxt təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub Ruslan Abışovla müqavilə bağlayıb. 34 yaşlı müdafiəçi 2021/2022 mövsümünün sonunadək qəsəbə təmsilçisnin formasını geyinəcək.

Qeyd edək ki, Ruslan Abışov daha əvvəl "Neftçi", "Xəzər Lənkəran", "Qəbələ", "Keşlə", "Sabah", həmçinin Rusiyanın "Rubin" klubunun şərəfini qoruyub. Abışov Azərbaycan millisinin heyətində 59 matçda 4 dəfə fərqlənib.


Son xəbərlər
topaz banner