Rusiya klubunda daha bir azərbaycanlı futbolçu

Rusiya klubunda daha bir azərbaycanlı futbolçu
XƏBƏR 25 İyun 2021 / 10:40 5241
-  A +

Rusiyanın "Ximki" klubu daha bir azərbaycanlı futbolçunu transfer edib.

Qol.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, İlya Sadıqovla müqavilə imzalanıb. Sözləşmənin detalları açıqlanmayıb. Sadıqovun sonunçu klubu "Olimp-Dolqoprudni" olub. Bu komandanın kapitanı olmuş 21 yaşlı hücumçu son mövsümdə 25 matça 4 qol vurub.

Qeyd edək ki, "Ximki"də azərbaycanlı hücumçu Kamran Əliyev və aşağı yaş qrupları üzrə milli komandalarımızda, həmçinin "Neftçi"də çıxış etmiş Samir Məsimov da oynayır.


Qarabağ FK
Son xəbərlər
topaz banner