“Mahir Emreli ikinci hücumçu mövqeyində daha rahatdır, daim boşluq axtarır, açıq sahəyə çıxır. Mahir bu gün (dünən-red) kənara qaçaraq, topla çox təmin olunmadığı üçün geri çəkilib-çəkilməyəcəyini soruşdu".
Qol.az xəbər verir ki, bu sözləri "Legiya"nın baş məşqçisi Çeslav Mixneviç Rusiya "Krasnodar"ı ilə yoxlama oyunundan (1:1) sonra millimizin üzvü Mahir Emreli haqda klubun saytına danışarkən deyib.
O, Polşa təmsilçininin yeganə qolunu vuran 24 yaşlı hücumçunu tərifləyib: "Mahir futbol oynamağı sevir. Ancaq o, geri gəlsə, hücumda heç kim qalmayacaq. Buna görə də həll yolları tapmalıyıq ki, onu irəlidə daha bir oyunçu gözləsin. O zaman oynamaq daha rahat olacaq, daha çox qol vuracaq və bacarıqlı olduğu üçün oyun quracaq”.
Qeyd edək ki, M.Emreli bundan əvvəl Avstriyanın "Bişofshofen" klubunu 5:0 hesabı ilə qalib gəldikləri matçda het-trikə imza atmışdı.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov