Dani Kintananın yeni klubu

Dani Kintananın yeni klubu
XƏBƏR 23 İyun 2021 / 18:21 4267
-  A +

"Qarabağ"ın sabiq futbolçusu Dani Kintananın yeni klubu müəyyənləşib.

Qol.az "Przegląd Sportowy" nəşrinə istinadən xəbər verir ki, ispan yarımmüdafiəçi karyerasını sabiq klubu Polşa "Yagelloniya"sında davam etdirəcək. Tərəflərin transferlə bağlı razılığa gəldiyi bildirilib. 34 yaşlı oyunçu tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq.

Qeyd edək ki, Kintana 2015-2020-ci illərdə Ağdam təmsilçisində çıxış edib. Daha sonra  o, Çinin birinci liqa təmsilçisi  "Çendu Better Siti"yə transfer olunub.

Xatırladaq ki, Kintana 2013-2015-ci illərdə də "Yagelloniya"da oynayıb.


Son xəbərlər
topaz banner