FIFA Moldova klubuna transfer qadağası qoydu

FIFA Moldova klubuna transfer qadağası qoydu
XƏBƏR 23 İyun 2021 / 17:26 1166
-  A +

FIFA Moldovanın "Zimbru" klubuna transfer qadağası qoyub.

Qol.az "moldfootball.com"a istinadən xəbər verir ki, ali futbol qurumu Kişinyov təmsilçisini sabiq futbolçularına və baş məşqçisinə borclu olduğu üçün cəzalandırıb.

"Zimbru" 2019/2020 mövsümündə klubda fəaliyyət göstərən baş məşqçi Covanni Skanu və futbolçular - braziliyalı Conatan Santosla portuqaliyalı Uqo Netuya borcludur.

Qadağa həmin şəxslərə olan borclar ödənildikdən sonra götürüləcək.


Son xəbərlər
topaz banner