Xorvatiya millisinin tarixinə düşdü

Xorvatiya millisinin tarixinə düşdü
DÜNYA FUTBOLU 23 İyun 2021 / 15:23 2112
-  A +

Xorvatiya millisinin üzvü İvan Perişiç yeni rekorda imza atıb.

Qol.az xəbər verir ki, 32 yaşlı hücumçu böyük turnirlərin final mərhələlərində ən çox qol vuran xorvatiyalı olub.

O, dünya və Avropa çempionatlarındakı qol sayını 9-a çatdırıb. Perişiç buna Avro-2020-nin Şotlandiya ilə qarşılaşmasında (3:1) nail olub.

Ümumilikdə yığmada 30-cu qolunu vuran Perişiç bu göstəricidə Xorvatiya tarixinin üçüncüsüdür. O, yalnız Davor Şukerlə (40) Mario Mandzukiçdən (33) geri qalır.


Son xəbərlər