"Neftçi"nin rəqibindən yeni transfer

"Neftçi"nin rəqibindən yeni transfer
XƏBƏR 22 İyun 2021 / 19:26 2318
-  A +

Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibi olan "Dinamo" (Tbilisi) heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az Gürcüstan klubunun rəsmi saytına istinadən xəbər verir ki, Tbilisi təmsilçisi sabiq yarımmüdafiəçisi Nodar Kavtaradze ilə 2023-cü ilin sonuna qədər müqavilə imzalayıb.

Kavtaradze daha əvvəl 2017 və 2019-cu illərdə də "Dinamo"da çıxış edib və 35 oyuna 14 qol vurub.

Qeyd edək ki, "Neftçi" "Dinamo" ilə ilk oyununu iyulun 7-də səfərdə, cavab matçını isə iyulun 14-də Bakıda keçirəcək.


Son xəbərlər
topaz banner