“Sumqayıt” hazırlıq prosesinin ikinci mərhələsini Türkiyənin Ankara şəhərində keçirəcək.
Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, iyulun 2-dən 16-dək Qızılcahamam bölgəsində yerləşən otellərdən birində məskunlaşacaq komanda bu müddət ərzində 4 yoxlama oyunu keçirməyi planlaşdırır. Rəqiblərin kimliyi və oyunların zamanı barədə klubun rəsmi media hesabları vasitəsilə məlumat veriləcək.
Qeyd edək ki, 2021/22 mövsümü üçün hazırlığını davam etdirən “Sumqayıt” iyunun 17-dən etibarən Sumqayıt şəhərində məşqlərə start verib. Hazırlıq dönəminin birinci mərhələsi iyunun 30-dək davam edəcək. Ayxan Abbasovun futbolçuları bu müddət ərzində bir yoxlama oyununda qüvvəsini sınayacaq. Komanda iyunun 30-da, saat 18:30-da “Azərsun Arena”da “Qarabağ”la qarşılaşacaq.
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov