Dünən “Neftçi”nin “Olimpiya” (Lyublyana) ilə yoldaşlıq oyununu (1:1) izləyən Azərbaycan millisinin baş məşqçisi Canni de Byazi Bakı klubunun televiziyasına açıqlama verib.
Qol.az xəbər verir ki, italiyalı mütəxəssis “Neftçi”nin Çempionlar Liqasındakı şansları barədə danışıb:
“Buraya yaxın bir ərazidə qalıram. Yaşayıdığım ev buradan 200 km kənarda yerləşir. Əlbəttə ki, yaxınlıqda keçirilən hər bir yoldaşlıq oyununu izləməkdən məmnun olaram. Həm də yerli futbolçuların fiziki və texniki hazırlığına baxmaq istəyirəm. Çempion olmuş komandanın düşərgəsinə gəlmək və onun matçını izləmək mənim üçün böyük bir hissdir.
Çempionlar Liqasına gəlincə, əlbəttə ki, indidən proqnoz vermək çətindir. Çünki rəqibin hansı heyətlə meydana çıxacağını bilmirik. Amma ümid edirəm ki, “Neftçi” böyük əzmkarlıq göstərərək növbəti mərhələyə yüksələcək”.
De Byazi milliyə “Neftçi”dən az futbolçu cəlb olunması ilə bağlı sualı isə belə cavablandırıb: “Bu, “Neftçi”nin özündən də asılıdır. Çünki komandanın oyunlarında nə qədər çox yerli futbolçu iştirak etsə, mənim üçün yığmaya futbolçuları çağırmaq asan olacaq”.
Qeyd edək ki, "Neftçi"nin Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi "Dinamo"dur (Tibilisi).
Olmadı, Əliyar!
Meydana “Meydan” gəlir…
Yamal komandasının qoluna sevinmədi - Şəkillər
Çempionlar Liqası qalibi klubunu dəyişir
Baş məşqçi klubun 34 illik antirekordunu yenilədi
"Ayntraxt" 4 qollu matçda qələbəni əldən verdi
"Neftçi" "Sumqayıt"ı belə məğlub etdi - Video
"Futbolçu necə oynamaq istəməyə bilər?" - Saşa İliç
"Həmin matçları səbirsizliklə gözləyirəm" - Yuri Vernidub
PSV ardıcıl üçüncü dəfə Niderland çempionu oldu
"Qəbələ" "Kəpəz"ə, "Neftçi" "Sumqayıt"a qalib gəldi
Kökçünün komandası heç-heçəyə razılaşdı
"Uduzacağımızı gözləyirdim" - Azər Bağırov
"Qəbələ"nin inamlı qələbəsindən - Video
"Barselona"nın zədəli futbolçularından xəbər var
"Real"dan PSJ-yə keçə bilər
“Sumqayıt” - “Neftçi”: Heyətlər
Azərbaycandan ayrılıb İslandiya klubuna keçdi
“Nyukasl” Trippyerin ayrılığını açıqladı
"Kəpəz" - "Qəbələ": Heyətlər açıqlandı