Goal.com saytı "Qızıl top"a namizəd futbolçuların yeni reytinqini açıqlayıb.
Qol.az xəbər verir ki, siyahıya "Çelsi"nin və Fransa millisinin yarımmüdafiəçisi Nqolo Kante başçılıq edir. Kilian Mbappe (PSJ, Fransa) 2-ci, Kevin de Brüyne ("Mançester Siti", Belçika) 3-cü pillədə qərarlaşıb.
Bundan əlavə, əvvəlki siyahıda 10-cu sırada yer alan "Yuventus" və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo reytinqdə 7-ci pilləyə yüksəlib. "Barselona" və Argentina millisinin hücumçusu Lionel Messi isə 1 pillə geriləyərək 6-cı sıraya düşüb. Onu "İnter"in və Belçika millisinin oyunçusu Romelu Lukaku qabaqlayıb.
Goal.com-un versiyasına əsasən, "Qızıl top"a ən yaxşı 10 namizəd
1. Nqolo Kante ("Çelsi" Fransa)
2. Kilian Mbappe (PSJ, Fransa);
3. Kevin De Brüyne (Mançester Siti, Belçika)
4. Robert Levandovski ("Bavariya", Polşa)
5. Romelu Lukaku ("İnter", Belçika)
6. Lionel Messi ("Barselona", Argentina)
7. Kriştiano Ronaldo ("Yuventus, Portuqaliya)
8. Ruben Diaş ("Mançester Siti, Portuqaliya)
9. Kərim Benzema ("Real", Fransa)
10. Fil Foden ("Mançester Siti, İngiltərə)
Luçeskunun ürəyi tutuldu
Ronaldo hazırdır
“Real”ın hədəfində 7 futbolçu var
Levandovski də yığmasından gedir?
"Barselona" maliyyə problemlərini geridə qoyur
MOİK - “Cəbrayıl” matçında vurulan qollar - Video
Haaland, Salah, Kazemiro...
"İnter"in futbolçusu sıradan çıxdı
Mbappenin bu hərəkəti kəskin tənqid olundu - Video
Çempionlar Liqası qalibi olan qapıçı karyerasını başa vurur
Buffon da istefa verdi
“Zaqatala”, MOİK və “Səbail” tura qələbə ilə başladı
Flik onu əsas transfer hədəfi seçdi
"Kocaelispor" Selçuk İnanla yola davam edir
İtaliya Futbol Federasiyasının prezidenti istefa verdi
Maaşlar azaldılır, bəzi futbolçular klubdan göndərilir
La Liqanın ən çox maaş alan futbolçuları
“Barselona”nın prezidenti FİFA-nı tənqid etdi
Droqbadan müsəlmanları müdafiə edən Yamala dəstək
Mirça Luçesku istefa verdi
Türkiyənin DÇ-2026-dakı oyununun vaxtı dəyişdirildi