Donnarumma PSJ üçün tibbi müayinədən keçdi

Donnarumma PSJ üçün tibbi müayinədən keçdi
DÜNYA FUTBOLU 21 İyun 2021 / 16:18 1281
-  A +

"Milan"dan ayrılan Canluici Donnarummanın PSJ-yə keçidi tamamlanmaq üzrədir.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 22 yaşlı qolkiper bu gün Romadakı klinikalardan birində Paris klubu üçün tibbi müayinədən keçib.

Bundan əvvəl yayılan xəbərlərdə PSJ-nin Donnarumma ilə 2026-ci ilin yayına qədər müqavilə imzalayacağı bildirilmişdi.

Qeyd edək ki, İtaliya millisinin əsas qapıçısı olan Donnarumma "Milna"ın yetirməsidir. O, 2015-ci ildən "qırmızı-qaralar"ın əsas komandasında çıxış edirdi.

Son xəbərlər