"Bu turnirin uzun müddətdir gözləyirdik. Nəticəyə görə məyusuq".
Qol.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin baş məşqçisi Şenol Günəş Avro-2020-nin qrup mərhələsinin son turunda Bakıda İsveçrəyə uduzduqları oyundan (1:3) sonra mətbuat konfransında deyib.
Qardaş ölkənin komandası Bakı Olimpiya Stadionundakı məğlubiyyətlə turnirlə xalsız vidalaşıb. Şenol Günəş bu uğursuzluğu belə şərh edib: "özümüzü göstərmək, yaxşı nəticə qazanamaq istəyirdik. Qrupdan çıxmaq bizim üçün hədəf idi. Ancaq turnirə pis başladıq. Bu gün daha yaxşı oynaya bilərdik. Amma qollar buraxdıq. Azarkeşlərimiz bizdən çox şey gözləyirdi. Bunu doğrulda bilmədik. Uelsə qarşı oyunla müqayisədə bu gün daha yaxşı idik.
Düşündüyümüzün tam əksi oldu. Bu gün toparlanmalı idik. Amma qol vura bilmədik. İsveçrənin də istedadlı oyunçuları var. Qalib gələ bilərdik. Həm Uelslə, həm İsveçrə ilə görüş İtaliya ilə matçın kölgəsində qaldı. Futbolçular da üzgündür. 1/8 finala çıxmalı idik. Lakin bacarmadıq. Bu turniri belə keçirmək məyusedicidir.
"Hesabda geri düşəndə sonra hücum etməkdənsə qol buraxdıq. Komandamız gəncdir. Onlara güvənirəm, inanıram. Burda nə desək, düz olmaz. Təcrübə çatmadı. Futbolçulara təşəkkür edirəm. Onların gələcəyi parlaqdır. Daha yaxşı milli komandamız olacaq. Oynadığımız uğurlu matçlar arxada qaldı. Buraya gələndən sonra onların əhəmiyyəti yoxdur. Bundan dərs almalı, təcrübə qazanmalıyıq. Daha çox çalışmalıyıq. Komanda uğur qazana bilmədi, gözləntiləri doğrultmadı”.
69 yaşlı mütəxəssis istefa vermək haqda düşünmədiyini də əlavə edib:“Qarşıda dünya çempionatının seçmə mərhələsi var. Mən raportumu sizə yox, federasiyaya verəcəyəm”.
Azərbaycan millisinin heyətində dəyişiklik
"Üzərimizdə təzyiq var idi, fikir vermədik" - Oruc Məmmədov
“Sakitliyimizi qorusaq..." - Mahir Emreli
Maltadan qələbə, Kosovo - Avstriya matçında heç-heçə
“Kenan Yıldız komandanın liderlərindən biridir”
Amorim qalib gəlir, “Milan”da narazılıq səngimir
Mourinyo Vinisiusu ehtiyatda saxlayacaq
2-ci liqada 6-cı tura yekun vuruldu
Əhməd Yusifov dünya çempionu oldu!
Azərbaycan millisi Litvaya qalib gəldi, liderliyə yüksəldi
“Belə uzun fasiləyə öyrəşməmişik”
Ronaldo milliyə qayıdacaq?
Millimiz Albaniyaya böyük hesabla məğlub oldu
"Neftçi" Litva klubuna qalib gəldi
Karyerasını “Real”da bitirməyə hazırlaşır
"Görünən odur ki, daha çox inkişaf etməliyik" - Rui Jorje
Azərbaycan - Litva: Heyətlər açıqlandı
Müqaviləsi uzadılır, maaşı artırılır
Zidan Ronaldonu müdafiə etdi
“20 ildə ilk dəfədir ki, utanıram” - Modriç
Kamilo Duran Kolumbiya millisində debüt etdi
Özünə 3,6 milyon avroluq “Ferrari” hədiyyə etdi - Video
Azərbaycanlı hakimə UEFA-dan növbəti təyinat
Azərbaycan - Litva oyunu bu kanalda
Bakıda cüdo üzrə dünya çempionatı başlayır
Xorvatiya tarixinin ən böyükhesablı məğlubiyyəti - Video
İngiltərə Xorvatiyanı darmadağın etdi, İspaniyadan qələbə
"Turan Tovuz" "Fənərbaxça" oyunundan - Video
"Milli sanki meydana heç çıxmamışdı"
Keyn 78 illik rekordu təkrarladı
Argentina ilə oyuna çıxa bilməyəcəklər?
“Turan Tovuz” “Fənərbaxça”ya məğlub oldu
İngiltərə Xorvatiyaya 7 qolla qalib gəldi
“Arsenal”dan ev stadionu ilə bağlı gözlənilməz qərar
Azərbaycan millisi Moldovaya məğlub oldu
“Hücum xəttində problemlərimiz var” - Rəşad Sadıqov
“Turan Tovuz” “Fənərbaxça” ilə matça bu heyətlə çıxır
Rəşad Sadıqov Lixtenşteynlə matçdan danışdı - Video
"Borussiya" "Sabah"la oyun öncəsi futbolçusu üçün narahatdır
"Qarabağ" "Zirə"yə qalib gəldi
"İmişli" "Şəfa" ilə heç-heçə etdi
“Qəbələ” Yaponiya millisinə uduzdu