"Qalatasaray"ın yeni prezidenti Terimlə bağlı qərarı açıqladı

"Qalatasaray"ın yeni prezidenti Terimlə bağlı qərarı açıqladı
DÜNYA FUTBOLU 20 İyun 2021 / 19:30 4715
-  A +

“Qalatasaray”ın yeni prezidenti Burak Elmas komanda ilə müqaviləsi başa çatan Fatih Terimlə bağlı açıqlama verib.
 
Qol.az xəbər verir ki, klub rəhbəri Tvitter səhifəsindəki paylaşımında söz verdiyi kimi, Terimi komandaya qaytardığını bildirib: 
 
“Müqavilə, təqdimat mərasimi kimi proseslərə itiriləcək bir dəqiqə də vaxtımız yoxdur. “Qalatasaray”ın baş məşqçisi Fatih Terimdir. Görüşdük, razılaşdıq, sabahdan etibarən evimizdə - Floryada komandanı məşqə çıxaracaq. Görüləcək çox işimiz var. Birlikdə çox şey bacaracağıq”.

Qeyd edək ki, mayın 31-də "Qalatasaray"la müqaviləsi başa çata Fatih Terim komanda ilə vdalaşaraq ayrılmışdı.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki

23.04.24  17:55

Mourinyo əsəbiləşdi

23.04.24  12:53

Aydın finala çıxdı