"Keşlə"nin rəqibi xorvatiyalı müdafiəçi aldı

"Keşlə"nin rəqibi xorvatiyalı müdafiəçi aldı
XƏBƏR 20 İyun 2021 / 00:55 1336
-  A +

Konfrans Liqasının 2-ci təsnifat mərhələsində "Keşlə"nin rəqibi olan Rusiyanın "Soçi" klubu heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az Premyer Liqa təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, xorvatiyalı müdafiəçi Mateo Baraç transfer edilib. 26 yaşlı futbolçu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Mateo Baraçın son klubu Avstriya "Rapid"i olub.

Son xəbərlər