Şenol Güneş: "Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi"

Şenol Güneş: "Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi"
XƏBƏR 19 İyun 2021 / 18:29 2049
-  A +

Türkiyə millisinin baş məşqçisi Şenol Güneş Avro-2020-nin qrup mərhələsinin üçüncü turunda İsveçrə ilə Bakıda keçirəcəkləri oyun haqda danışıb. 

Qol.az xəbər verir ki, 69 yaşlı mütəxəssis matçdan əvvəl təşkil olunan mətbuat konfransında deyib:

"Möcüzələrə ümid edəcək bir vəziyyətdəyik. Son oyundakı məğlubiyyət bizə daha pis təsir etdi. İnamımızı itirdik. İki oyundan sonra xalsız qalacağımızı təsəvvür etmirdik. Gənc komandayıq. Uelsi udsaydıq, vəziyyət daha fərqli olacaqdı. 4 ildir gözlədiyimiz turnirlə erkən vidalaşsaq, çox məyus olarıq. Çünki böyük hədəflərimiz var. Bütün tənqidlərə hörmətlə yanaşırıq. Biz özümüz də oyunumuzdan narazıyıq. Ən yaxşılar arasında olmaq üçün buraya gəldik. İstədiyimiz nəticələri qazana bilmədiyimiz üçün məyusuq. Biz hazırda Uelsin mövqeyində olmalı idik. Çox səhvə yol verdik.

Mətbuatda müxtəlif xəbərlər yayılır. Heç bir futbolçu ehtiyatda qaldığı üçün üzgün deyil. Oyunçular arasında münasibət qaydasındadır. Sadəcə, istədiyimiz oyunu göstərə bilmirik

Biz buraya favorit komanda kimi gəlməmişik. Favoritlər kimi çıxış etmək üçün gəlmişik. Böyüyən bir komandayıq. Futbolçularımız səhvlərindən dərs çıxaracaq və daha yaxşı oynayacaqlar. Məyusuq. Amma əsla başımızı aşağı əyməyəcəyik. Futbolçularımza "Sizə güvənirəm" dedim

Mən də daxil omaqla hamımız bacardığımızdan daha aşağı səviyyədə çıxış edirik. Bu, nəticədə də özünü göstərir. İlk matçda da topu özümüzdə saxlamaqda çətinlik çəkdik. Növbəti oyun üçün heyətdə dəyişikliklər ola bilər. Okay, Ozan, Hakan, Yusuf yaxşı işləyirdilər. Amma son 2 matçda gözləntilərimizi doğrultmadılar. Əslində Türkiyə vəİsveçrə ikinci yer üçün mübarizə aparmalı idi. Son şanslarımızı istifadə edəcəyik. Qələbə üçün meydana çıxacağıq".

Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək İsveçrə - Türkiyə matçı saat 20:00-da başlayacaq.

Daha çox


Son xəbərlər