"Zirə" Türkiyəyə gedir

"Zirə" Türkiyəyə gedir
XƏBƏR 17 İyun 2021 / 12:56 960
-  A +

“Zirə”nin mövsümlərarası hazırlıq planı bəlli olub.

Qol.az klubun saytına istinadən xəbər verir ki, komanda məşqlərə iyunun 24-də start verəcək. Hazırlıq mərhələsinin Bakıda keçiriləcək ilk hissəsi iyulun 16-dək davam edəcək. "Zirə" bu müddətdə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

Hazırlığın növbəti mərhələsi isə Türkiyədə olacaq. 18 iyul - 1 avqust tarixlərində qardaş ölkədə olacaq komanda bu müddətdə 4 yoxlama matçı keçirməyi planlaşdırır.


Son xəbərlər
topaz banner