"Fənərbaxça" hücumçu aldı - Rəsmi

"Fənərbaxça" hücumçu aldı -  Rəsmi
XƏBƏR 15 İyun 2021 / 19:55 4203
-  A +

"Fənərbaxça" heyətini yeni futbolçu ilə gücləndirib.

Qol.az klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi ötən mövsüm Almaniyanın "Darmşdadt" klubunda çıxış edən Serdar Dursunu transfer edib.

Azad agent statusu ilə "Fənərbaxça"ya keçən 29 yaşlı hücumçu ilə 3+1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, türk əsilli almaniyalı futbolçu ötən mövsüm 2-ci Bundesliqada 33 oyuna 27 qol vuraraq çempionatın bombardiri olub.

Son xəbərlər
topaz banner