"Sumqayıt"da yeni müqavilə

"Sumqayıt"da yeni müqavilə
XƏBƏR 15 İyun 2021 / 15:06 970
-  A +

2021/22 mövsümü üçün transfer çalışmalarını davam etdirən "Sumqayıt" daha bir futbolçu ilə anlaşıb.

Qol.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, ötən mövsüm icarə əsasında komandada çıxış etmiş Eltun Turabovla 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Eltun Turabov ötən mövsüm 14 oyunda "Sumqayıt"ın formasını geyinib. Turabov Azərbaycanın U-21 millisinin də uğurları üçün çalışıb.


Son xəbərlər
topaz banner