Messidən növbəti rekord

Messidən növbəti rekord
XƏBƏR 15 İyun 2021 / 11:32 3617
-  A +

Argentina millisinin kapitanı Lionel Messi yeni rekorda imza atıb.

Qol.az xarici KİV-lərə istinadən xəbər verir ki, 33 yaşlı hücumçu buna Amerika kubokunun qrup mərhələsinin 1-ci turunda Çili ilə matçda  (1:1) fərqlənməklə nail olub.  O, millinin heyətində rəsmi görüşlərdə 39-cu qolunu vurub. Bununla da Messi Qabriel Batistutanı qabaqlayaraq (38 qol) Argentina yığmasının ən çox qol vuran futbolçusu olub.

Qeyd edək ki, Messi qeyri-rəsmi matçlar da daxil olmaqla ümumilikdə millinin heyətində 145 matçda 73 qol vurub.


Son xəbərlər
topaz banner