Jiru ilə 48 saat ərzində müqavilə imzalamaq istəyirlər

Jiru ilə 48 saat ərzində müqavilə imzalamaq istəyirlər
XƏBƏR 14 İyun 2021 / 17:24 2889
-  A +

"Çelsi"nin futbolçusu Olivye Jiru karyerasını İtaliyada davam etdirməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə "La Gazetta dello Sport" məlumat yayıb. "Milan"ın 34 yaşlı hücumçu ilə 48 saat ərzində müqavilə bağlayacağı bildirilib.

Əvvəlcə isə Jiru London təmsilçisi ilə sözləşməsinə xitam verməli olacaq. "Çelsi" bu ayın əvvəlində fransalı oyunçu ilə müqaviləni 1 illik uzadıb. 

Qeyd edək ki, Fransa millisinin üzvü başa çatan mövsüm Premyer Liqada 17 matçda 4 qol vurub.

Son xəbərlər
topaz banner