Teymur Rəcəbov Aronyanla heç-heçə etdi

Teymur Rəcəbov Aronyanla heç-heçə etdi
XƏBƏR 14 İyun 2021 / 16:26 826
-  A +

Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Superbet Chess Classic " turnirində Azərbaycan şahmatçısı Teymur Rəcəbov növbəti oyununa çıxıb.

Qol.az xəbər verir ki, 34 yaşlı qrossmeyster ermənistanlı Levon Aronyanla qarşılaşıb. Qara fiqurlarla oynayan Rəcəbov 14-cü gedişdə rəqibi ilə heç-heçə edib.

Azərbaycanın digər şahmatçısı Şəhriyar Məmmədyarov isə hazırda fransalı Maksim Vaşye-Laqravla üz-üzə gəlir. 5,5 xalla turnir cədvəlinə başçılıq edən 36 yaşlıl qrossmeysterə çempionluq üçün heç-heçə də kifayətdir.


Son xəbərlər
topaz banner