Yaya Ture Rusiya klubuna keçdi - Rəsmi

Yaya Ture Rusiya klubuna keçdi -  Rəsmi
XƏBƏR 14 İyun 2021 / 15:42 4223
-  A +

"Mançester Siti" və "Barselona"nın sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.

Qol.az xəbər verir ki, son olaraq Ukraynanın "Olimpik" klubunda köməkçi məşqçi vəzifəsini yerinə yetirən 38 yaşlı Ture karyerasını Rusiyada davam etdirəcək.

O, "Axmat" klubunun məşqçilər korpusunda yer alıb. Bu barədə Qroznı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kot-D`ivuarlı keçmiş futbolçu baş məşqçi Andrey Talalaevin köməkçisi təyin edilib.

Son xəbərlər
23.04.24  19:30

"Liverpul"da ciddi itki