40 milyon ver, Demiralı al

40 milyon ver, Demiralı al
XƏBƏR 13 İyun 2021 / 13:42 5175
-  A +

"Yuventus" futbolçusu Merih Demiralın yeni transfer qiymətini müəyyənləşdirib.

Qol.az xəbər verir ki, bu barədə məşhur jurnalist Nikolo Şkira məlumat yayıb. Turin təmsilçisi Demiral üçün qarşı tərəfdən 40 milyon avro tələb edəcək. Həmçinin futbolçunun bu yay klubdan ayrılacağı bildirilib. Türkiyə millisinin üzvünün "Tottenhem"ə və ya "Everton"a keçəcəyi gözlənilir. Onun A seriyası klubu ilə hazırkı sözləşməsi isə 2024-cü ilin yayına qədərdir.  

Qeyd edək ki, Demiral "Yuventus"a 2014-cü ildə "Sassuolo"dan keçib.

Son xəbərlər
topaz banner