Portuqaliya millisində məcburi dəyişiklik

Portuqaliya millisində məcburi dəyişiklik
XƏBƏR 13 İyun 2021 / 13:18 2795
-  A +

Portuqaliya millisinin heyətində məcburi dəyişiklik baş verib.

Qol.az Portuqaliya Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, yığmanın üzvü Joao Kanselo koronavirusa yoluxub. Ona görə də futbolçu millinin Avro-2020 üçün tərkibindən çıxarılıb. 27 yaşlı müdafiəçini Dieqo Dalot əvəzləyəcək.

Qeyd edək ki, Kanselo "Mançester Siti"nin oyunçusudur. Dalot isə "Milan"da çıxış edir.

Əlavə edək ki, F qrupunda yer alan Portuqaliya ilk matçını iyunun 15-də Macarıstana qarşı keçirəcək.

Son xəbərlər
topaz banner