Saxta şəxsiyyət vəsiqəsi işlətdi, 3 oyunluq kənarlaşdırıldı

Saxta şəxsiyyət vəsiqəsi işlətdi, 3 oyunluq kənarlaşdırıldı
XƏBƏR 12 İyun 2021 / 14:56 1216
-  A +

Saxta şəxsiyyət vəsiqəsi istifadə etməkdə günahlandırılan "Ştutqart"ın futbolçusu Silas Vamanqitukanın cəzası məlum olub.

Qol.az xəbər verir ki, bu barədə Almaniya Futbol İttifaqı qərar verib. 21 yaşlı hücumçu 3 oyunluq diskvalifikasiya edilib. Həmçinin o, 30 min avro cərimələnib.

Daha əvvəl də bildirdiyimiz kimi, saxta sənədə əsasən, forvardın adı Silas Katompa Mvumpadır. Bundan əlavə, o, həqiqi yaşından 1 yaş böyük kimi göstərilib. Oyunçunun "Anderlext"ə transfer olunması üçün şəxsiyyət vəsiqəsi dəyişdirməsi ehtimalının edilirdi. Futbolçu 18 yaşı olarkən bu klubun bazasında olub və sınaqdan keçib. Lakin viza problemlərinə görə keçid baş tutmayıb.

Qeyd edək ki, S.Vamanqituka başa çatan mövsüm Bundesliqada 25 matçda 13 qol vurub.

Daha çox


Son xəbərlər