AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov Avropa Superliqası layihəsi və Avro-2020-nin Bakıdakı oyunları barədə danışıb.
Qol.az xəbər verir ki, o, "insideworldfootball.com" saytına açıqlamasında deyib:
"Bu cür ideya futbol dəyərlərimizi məhv edir. UEFA gənclər, qadın və əlil futbolunun inkişafına böyük vəsait ayırır. Bazar ertəsi səhər oyanıb strategiya olmadan cəmi 4 milyard ABŞ dollarına Superliqa yarada bilmərik.
Avro-2020-nin Bakıda keçiriləcək oyunları isə tək bizim üçün deyil, bütün region üçün futbol bayramı olacaq. Düzdür, pandemiya planları bir az dəyişdi. Amma istərdik ki, Bakıdakı atmosfer qonşularımıza da müsbət təsir etsin, belə bir turnirə ev sahibliyi etdiyimiz üçün keçirdiyimiz qürur hissini paylaşsınlar. 15 aylıq pandemiyadan sonra ən vacib mesaj geri normal həyata qayıtmağımızdır. Bu, yalnız bizə deyil, digər ölkələr üçün də ümiddir. Fürsətdən istifadə etməliyik".
Qeyd edək ki, Avro-2020-nin 4 oyunu Bakıda keçiriləcək. Bunlar Uels – İsveçrə (12 iyun, 17:00), Türkiyə - Uels (16 iyun, 20:00), İsveçrə - Türkiyə (20 iyun, 20:00) matçları və 1/4 finalın 1 oyunudur (3 iyul,. 20:00).
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi