"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda?

"Qarabağ"ın sabiq futbolçusu Türkiyə klubunda?
XƏBƏR 11 İyun 2021 / 13:00 4928
-  A +

“Qarabağ”ın sabiq futbolçusu Dino Ndlovu karyerasını Türkiyədə davam etdirə bilər.

Qol.az "Milliyət"ə istinadən xəbər verir ki, 31 yaşlı hücumçu ilə “Kocaelispor” yaxından maraqlanır.  1-ci liqa təmsilçisinin cənubi afrikalı hücumçu ilə danışıqlara başlayacağı gözlənilir.

Qeyd edək ki, Ndlovu 2016-2018-ci illərdə “Qarabağ”da çıxış edib. O, 2018-ci ilin yanvarında Ağdam təmsilçisindən Çinin “Çjetszyan Qrintaun” klubuna transfer olunub. Cənubi afrikalı hücumçu bir müddət əvvəl Çin klubu ilə yollarını ayırıb və hazırda azad agentdir.

Daha çox


Qarabağ FK
Son xəbərlər
29.09.26  17:17

Rafinya zədələndi

29.09.26  12:49

"Çelsi"yə "hə" dedi

topaz banner