Ramos fikrini dəyişdi, bu dəfə "Real" qəbul etmədi

Ramos fikrini dəyişdi, bu dəfə "Real" qəbul etmədi
XƏBƏR 10 İyun 2021 / 17:48 4405
-  A +

"Real"ın kapitanı Serxio Ramos klubun yeni müqavilə üçün təklifi ilə bağlı fikrini dəyişib.

Qol.az ABC-yə istinadən xəbər verir ki, 35 yaşlı müdafiəçi maaşının 10 faizinin azaldılması şərti ilə sözləşmə imzalamağa razı olub.ı Lakin klub rəhbərliyi ispaniyalı oyunçuya sözügedən təklifin yalnız 2020/21 mövsümün sonunadək qüvvədə olduğunu bildirib. Madrid təmsilçisi artıq Ramosu planlarına daxil etmədən yeni heyət qurmağın üzərində işləyir.

Qeyd edək ki, Ramosun müqaviləsinin müddəti bu ay başa çatır. O, 2005-ci ildən "Real"da oynayır.

Son xəbərlər
18.04.24  18:50

"Qusar"dan darmadağın