"Arustamyanın Bakıdakı oyunlara akkreditasiyasının bloklanması qətiyyən onun etnik mənşəyi ilə bağlı məsələ deyil".
Bunu "Report"a açıqlamasında Qol.az saytının baş redaktoru, Əməkdar jurnalist Aydın Bağırov Rusiyanın "Matç TV" telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıdakı oyunlarına akkreditasiya ala bilməməsinin səbəbi barədə danışarkən deyib.
O bildirib ki, indiyədək Azərbaycanda keçirilmiş böyük idman yarışlarında Ermənistan həm komanda şəklində təmsil olunub, həm də erməni idmançılar müxtəlif ölkə yığmalarının tərkibində iştirak edib: "Hətta burada mükafat da qazanıblar. Yəni, onların buraya gəlişi ilə bağlı heç bir problem olmayıb, dövlət onların təhlükəsizliyinə yüksək səviyyədə təminat verib, iştiraklarına şərait yaradıb".
Bağırov Arustamyanın akkreditasiyasının bloklanmasının Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinə qanunsuz səfəri ilə bağlı olduğunu söyləyib: "Bu günədək bir çox xarici ölkə vətəndaşı, müxtəlif xalqların nümayəndələri bir zamanlar işğal altında olmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycanın dövlət qurumları, rəsmi Bakı tərəfindən "qara siyahı"ya salınıb, onların ölkəmizə gəlişinə icazə verilməyib. Yalnız bəziləri Azərbaycan tərəfinə üzrxahlığını bildirdikdən sonra kimlərinsə adı həmin siyahıdan çıxarılıb. Arustamyanla bağlı məsələ də sırf bundan qaynaqlanır. Onun Xankəndiyə qanunsuz səfəri olub. Bu gün açıqlamasını oxudum. Özü də etiraf edib ki, Xankindəyə gedib, guya orada futbol turniri adı altında fəaliyyətlə məşğul olub. Amma biz bilirik ki, belə məkrli səfərlərin arxasında hansı niyyətlər gizlənir. Orada separatçı rejimə, döyüşçülərə yardımlar edilib".
Tanınmış jurnalist AFFA-nın bu məsələ ilə bağlı vaxtında addım ataraq, UEFA-ya müraciət etdiyini vurğulayıb: "Beləliklə, milli assosiasiya Arustamyanın akkreditasiyasının bloklanmasına nail olub. Bildiyimə görə, təşkilatçı şəhərlərdən biri kimisə bloklayırsa, UEFA avtomatik olaraq həmin şəxsə akkreditasiya vermir. Artıq problem aradan qaldırılsa da, bunun Bakıdakı matçlara aidiyyatı yoxdur. Erməni şərhçi digər şəhərlərdə keçiriləcək oyunlarda iştirak edə biləcək".
Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi