"Mançester Yunayted" Sanço ilə razılaşdı

"Mançester Yunayted" Sanço ilə razılaşdı
XƏBƏR 10 İyun 2021 / 14:45 2365
-  A +

"Mançester Yunayted" Dortmund "Borussiya"sının futbolçusu Ceydon Sançonu transfer etməyə hazırlaşır.

Qol.az xəbər verir ki, bu barədə məşhur jurnalist Fabrizio Romano məlumat yayıb. Tərəflər artıq müqavilənin şərtləri barədə razılığa gəliblər. 21 yaşlı yarımmüdafiəçi 2026-cı ilin yayınadək "qırmızı şeytanlar"da çıxış edəcək.

Daha əvvəl isə Almaniya klubunun Sanço üçün 95 milyon avro tələb etdiyi bildirilmişdi

Qeyd edək ki, C.Sanço başa çatan mövsüm Bundesliqada 26 matçda 8 qol vurub və 11 qolun ötürməsini verib.

Daha çox


Son xəbərlər
28.03.24  10:55

Qrizmann qayıtdı