Rusiyanın "Matç TV" telekanalının erməni şərhçisi Nobel Arustamyanın Avro-2020-nin oyunları üçün Bakıdakı qarşılaşmalar qadağan olması şərti ilə akkreditasiya alıb.
Qol.az xəbər verir ki, bu barədə haqqın.az məlumat yayıb. Bildirilib ki, Azərbaycanın qanunlarını dəfələrlə pozan, işğal altında olan və indi azad edilmiş ərazilərə Azərbaycanın icazəsi olmadan səfər edən Arustamyanın akkreditasiyasını əngəllənməsinə məhz Azərbaycan səy göstəib. Bakı Təşkilat Komitəsinin məqsədi rus televiziya şərhçisini Avro-2020-nin keçiriləcəyi digər 10 şəhərdə işləmək imkanından məhrum etmək olmayıb. Bakı Təşkilat Komitəsi onun Bakıda oynanılacaq görüşlər üçün akkreditasiya olunmasını istəməyib.
Qeyd edək ki, UEFA əvvəl Arustamyana akkreditasiya verməmişdi. Bu gün Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün "Teleqram" kanalında şərhçinin akkreditasiya aldığını açıqlayıb.
***************************
Rusiyanın "Matç TV" telekanalının erməni şərhçisi Nobel Arustamyanın Avro-2020-nin oyunları üçün akkreditasiya alıb.
Qol.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova özünün "Teleqram" kanalında yazıb: “İdman şərhçisi Nobel Arustamyan Avropa çempionatı üçün akkreditə olunmuşdur. Əla. Təşəkkür edirəm, UEFA. Çalışmağa davam edirik".
Xatırladaq ki Arustamyan işğal olunduğu vaxt Azərbaycan torpaqlarına qanunsuz səfərlər edib. O, 2020-ci il oktyabrın 5-də Arustamyan Xankəndindən fotosunu paylaşaraq Azərbaycana qarşı saxta ərazi iddiası ilə çıxış edib, milli ədavəti qızışıdıran açıqlamalar verib. O Qarabağın “ermənilərə məxsus olduğunu” iddia etməklə yanaşı, tarixi saxtakarlıqla məşğul olub. Bu səbəbdən o, turnir üçün akkresitasiya ala bilməmişdi.
Qeyd edək ki, Avro-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
"Bavariya"ya keçir
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"