UEFA-dan 7 illik cəza

UEFA-dan 7 illik cəza
XƏBƏR 10 İyun 2021 / 09:20 2304
-  A +

UEFA Latviyanın “Ventspils” klubunu fırıldaqçılıq və korrupsiya səbəbi ilə cəzalandırıb.

Qol.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nəzarət, Etika və İntizam Komitəsinin qərarına əsasən, komanda 7 il müddətində Avrokuboklarda iştirak edə bilməyəcək. Həmçinin klub rəsmilərindən Adlan Şişkanov ömürlük, Nikolas Dyakins isə 4 illik futboldan kənarlaşdırılıb.

Bundan əlavə, UEFA FİFA-dan verdiyi qərarların dünya miqyasında tətbiqini tələb edib.


Son xəbərlər
topaz banner