Məmmədyarovdan qələbə, Rəcəbovdan heç-heçə

Məmmədyarovdan qələbə, Rəcəbovdan heç-heçə
XƏBƏR 9 İyun 2021 / 20:08 1593
-  A +

Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov "Grand Chess Tour" seriyasının ilk mərhələsi olan "Superbet Chess Classic" turnirində növbəti oyunlarına çıxıblar.

Qol.az xəbər verir ki, Məmmədyarov 5-ci turda qara fiqurlarla Konstantin Lupuleskuya (Rumıniya) qalib gəlib. Rəcəbov isə ağ fiqurlarla Rusiya təmsilçisi Aleksandr Qrişuka ilə heç-heçə edib.

Beş turdan sonra 3 xalı olan Məmmədyarov Uesli So (ABŞ) və Qrişukla birlikdə ilk 3 pilləni bölüşdürür. Rəcəbov isə 2,5 xalla 6-cıdır.

Qeyd edək ki, bu mərhələnin oyunları Rumıniyanın paytaxtı Buxarestdə keçirilir.


Son xəbərlər
topaz banner