Donnarumma PSJ ilə razılığa gəldi

Donnarumma PSJ ilə razılığa gəldi
XƏBƏR 8 İyun 2021 / 17:23 2363
-  A +

"Milan"dan ayrılan Canluici Donnarumma PSJ keçməyə yaxındır.

Qol.az xəbər verir ki, bu barədə jurnalist Fabrizio Romano özünün "Tvitter" səhifəsində yazıb. Onun Paris təmsilçisi ilə razılığa gəldiyi bildirilib. 22 yaşlı oyunçu yeni klubu ilə 2026-cı ilin yayına qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, Donnarumma ötən mövsüm "Milan"da 48 matça çıxıb,  54 qol buraxıb və 15 oyuna qapısını toxunulmaz saxlayıb.


Son xəbərlər
topaz banner