"Atletiko" "Siti"yə oyunçuları dəyişdirməyi təklif edir

"Atletiko" "Siti"yə oyunçuları dəyişdirməyi təklif edir
XƏBƏR 8 İyun 2021 / 12:58 2682
-  A +

"Atletiko" "Mançester Siti"nin  futbolçusu Bernardo Silvanı heyətinə qatmaq istəyir.

Qol.az xəbər verir ki, bu barədə "Times" qəzeti məlumat yayıb. Madrid təmsilçisi "şəhərlilər"ə 26 yaşlı yarımmüdafiəçinin əvəzinə oyunçusu Saulu təklif edir. Tərəflərin keçid üçün razılığa gələcəyi gözlənilir.

Qeyd edək ki, S‎ilva başa çatan mövsüm 26 maçda 2 qol vurub və 6 qolun ötürməsini verib. Saul isə 33 matçda 2 qol vurub və 1 qolun ötürməsini verib.


Son xəbərlər
topaz banner