Eyni rəqiblə ikinci oyun

Eyni rəqiblə ikinci oyun
XƏBƏR 8 İyun 2021 / 11:27 1123
-  A +

Gürcüstanın paytaxtı Tiflisdə təlim-məşq toplanışını davam etdirən 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası hazırlıq çərçivəsində bu gün gürcüstanlı həmyaşıdları ilə növbəti yoldaşlıq oyunu keçirəcək.

Qol.az xəbər verir ki, matç yerli vaxtla 18:00-da başlayacaq.

Xatırladaq ki, bu komandalar arasında iyunun 5-də keçirilən ilk qarşılaşma 2:1 hesabı ilə Gürcüstan millisinin xeyrinə nəticələnmişdi.


Son xəbərlər
topaz banner