Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatı davam edir.
Qol.az xəbər verir ki, bu gün mübarizəyə Azərbaycanın daha 3 cüdoçusu - Nicat Şıxəlizadə, Orxan Səfərov, və Gültac Məmmədəliyeva qoşulub.
Kişilər
66 kq
Nicat Şıxəlizadə debütdə Lusian Dumitreski (Rumıniya) ilə qarşılaşıb və xalçadan məğlub ayrılıb.
Orxan Səfərov ilk cəhdində Natan Barnsı (İrlandiya) ippon fəndiylə qalıb gəlib. 1/16 finalda Sardor Nurillaevi ( Özbəkistan) də ippona salan idmançımız növbəti mərhələyə yüksəlib. 1/8 finalda Əlcəzair təmsilçisi Veyl Ezziyə 1:0 hesabı ilə qalib Orxan 1/4 finala yüksəlib. Yarımfinala gedən yolda isə həmyerlimiz fransız Kilian Le Blaç üzərində təmiz qələbə qazanmaqla, yarımfinala çıxıb. Bu mərhələdə onun rəqibi 2019-cu ildə dünya çempionu adını qazanmış Yoşiro Maruyama olub. İdmançımız bu dueldə uduzaraq təsəlliverici görüşlərə qatılıb. O, bürünc medal uğrunda Yaqub Şamilovla (Rusiya) qarşılaşıb. Rəqibi qızıl xalla qalib gəldiyindən Orxan da mundialı medalsız başa vurub.
Qadınlar
52 kq
Gültac Məmmədəliyeva yarışa uğurla start verib. O, ilk cəhdində Tatyana Levitska Şukvani (Gürcüstan) üzərində təmiz qələbə qazanıb. Növbəti görüşdə fransız rəqibi Astrid Qnetoya uduzan cüdoçumuz mübarizəni dayandırıb.
Xatırladaq ki, yarışın ilk günündə həmyerlilərimizdən Kəramət Hüseynov (60 kq) bürünc medal qazanıb.
Həm oyun nəticələri, həm maliyyə göstəriciləri pisləşir
Həftənin hakimləri açıqlandı
Xankəndidə vurulan qollar - Video
“Messiyə belə yox deyərdim”
38 ildən sonra doğma stadionuna qayıtdı
Bu gün Xankəndidə yaşananlar - Şəkillər
“Real”ın ən yaxşısı seçildi
Veteran futbolçu Xankəndi ilə bağlı xatirələrini bölüşdü
“Bu stadionda çox qollar vurmuşam” - Samir Ələkbərov
“Gələn mövsüm çempionluq üçün mübarizə aparacağıq” - Nəcəfov
Tarixi oyunda topa ilk toxunuşu şəhid övladı etdi - Şəkil
“Xankəndi” doğma stadionda ilk oyununa çıxdı
“Real” Tçuameni ilə müqaviləni uzatdı
Azərbaycan millisinin heyəti açıqlandı
Hakimə daş atan futbolçu 8 il futboldan uzaqlaşdırıldı
Kompani səhhətindəki problemlərdən sonra ilk dəfə danışdı
“Real”ın sabiq futbolçusu karyerasını başa vurdu
“Millimizə sürətli vingerlər lazımdır” – Mircavadov
"Sabah”ın futbolçusu məyusluğunu gizlətmədi
Millimizin üzvləri məktəblilərlə görüşdü - Şəkillər
PSJ-dən Markinyos qərarı
İnfantino gizli danışıqlar aparıb
Avropa Klublar İttifaqı UEFA-dan şikayət etdi
Kvaratsxeliya 2026-cı ilin adamı seçildi
"Real" pankarta görə cərimələndi