Azarkeşlər Neymarı yox, Burakı seçdilər

Azarkeşlər Neymarı yox, Burakı seçdilər
XƏBƏR 7 İyun 2021 / 20:50 4241
-  A +

Fransa Liqası azarkeşlərin versiyasına görə 2020/2021 mövsümünün rəmzi  komandasını təqdim edib.

Qol.az turnirin rəsmi "İnstaqram" səhifəsinə istinadən xəbər verir ki,  PSJ-nin  hücumçusu Neymar ən yaxşı 11-likdə yer almayıb. "Lill"in türkiyəli futbolçusu Burak Yılmaz isə rəmzi komandaya daxil edilib:

Qapıçı: Mik Menyan ("Lill")

Müdafiəçilər: Jonatan Klaus ("Lens"), Markinyos (PSJ), Jose Fonte ("Lill"), Reynildu Mandava ("Lill")

Yarımmüdafiəçilər: Lukas Paketa ("Lion"), Benjamin Andre ("Lill"), Orelyen Tçuameni ("Monako")

Hücumçular: Memfis Depay ("Lion"), Burak Yılmaz ("Lill"), Kilian Mbappe (PSJ)


Son xəbərlər
topaz banner