Uels və İsveçrə millisi Bakıya yola düşdü

Uels və İsveçrə millisi Bakıya yola düşdü
XƏBƏR 7 İyun 2021 / 16:00 1668
-  A +

Avro-2020-nin qrup mərhələsini iki oyununu Bakıda keçirəcək Uels və İsveçrə yığmaları ölkələrindəki hazırlığı tamamlayaraq Azərbaycana yola düşüb.

Qol.az xəbər verir ki, komandalar son hazırlıqlarını Bakıda davam etdirəcəklər.

A qrupunda mübarizə aparacaq sözügedən komandalar iyunun 12-də Bakı Olimpiya Stadionunda üz-üzə gələcəklər.

Qeyd edək ki, A qrupunun Türkiyə - Uels, İsveçrə - Türkiyə matçları, elcə də 1/4 final mərhələsinin bir oyunu da BOS-da olacaq.

Son xəbərlər
topaz banner