İnzaqi bu klubla danışıq aparır

İnzaqi bu klubla danışıq aparır
DÜNYA FUTBOLU 6 İyun 2021 / 21:00 2951
-  A +

Filippo İnzaqi yenidən B seriyasında çalışmağa yaxındır.

Qol.az İtaliya mətbuatına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə "Breşiya" danışıq aparır.

İnzaqi son olaraq "Benevento"nu çalışdırıb. Onun komandası 2020-2021 mövsümünü 18-ci pillədə vuraraq A seriyasını tərk edib. Filipponun "Breşiya"nın təklifinə müsbət yanaşdığı bildirilib.

Qeyd edək ki, İnzaqi daha əvvəl "Milan", "Venetsiya" və "Bolonya"nı da çalışdırıb.

Son xəbərlər